Bu gün 12:30 radələrində Hacıqabul rayonunda "Hyundai Sonata" markalı avtomobil aşıb. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən Hacıqabul Polis Şöbəsinin YPX-nin inispektoru Aslanov bildirib ki, Hacıqabul-Kürdəmir yolunun 5-ci kilometrliyində Gəncə sakini, sürücü Mustafayev Alim Mustafa oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90 XU 722 dövlət qeydiyyat nişanlı maşının təkəri zədələndiyi üçün idarəetməni itirmiş və yolun sağ tərəfinə çıxaraq aşıb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB