Paytaxt ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Hadisə iyunun 3-ü saat 08:45 radələrində N. Yusifbəyli küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Şöhrət İsmayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Südabə Əliyevanı vurub. Piyada qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB