Sabirabadda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb - FOTO

Sabirabadda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb - FOTO

Sabirabadın Dadaşbəyli kəndi ərazisində üç avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən DYP-nın 12-ci tağımının baş inspektoru Əli Əhmədov bildirib ki, hadisə Hacıqabul-Bəhrəmtəpə- Mincivan avtomobil yolunun 0.7-ci kilometrliyində baş verib.

Belə ki, Sabirabad rayonu istiqamətində hərəkət edən rayonun Şıxsalahlı kənd sakini Məmmədov Səməd Məmməd oğlu sərxoş halda idarə etdiyi "VAZ 2106" markalı 90 FL 986 dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydasını pozub və nəticədə Bakı istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini sürücü Həsənov Emin Vaqif oğluna məxsus olan "VAZ-2107" markalı 90 BR 573 dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə İmişli rayon sakini sürücü Həsənov Yadigar Əlibaba oğluna məxsus dövlət qeydiyyat nişanı 90 EG 899 olan "Prado" markalı avtomaşına çırpılıb.

Nəticədə "VAZ 2106"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq bölməsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə