Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. FHN-dən SİA-ya bildirilib ki, yanğın nəticəsində evin iki otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə məhv olub. Evin digər hissələri yanğından mühafizə olunub. Hadisə yerinə cəlb edilən yanğından mühafizə bölmələri alovu tez bir zamanda söndürərək, yanğının genişlənməsinin qarşısını alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB