Sabirabadda ev yanaraq külə döndü - xəsarət alan var

Sabirabad rayonunun Qruzma kəndində baş verən yanğın zamanı ev sahibi, 1972-ci il təvəllüdlü Mirzəyev Əlixuda Əli oğlu baş nahiyəsindən yanıq xəsarəti alıb. SİA xəbər verir ki, ilkin tibbi yardım aldıqdan sonra o, övladları tək qalmasın deyə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə