Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Musalı kəndi ərazisində çöl quşları ovlayan kənd sakini E.İbrahimov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən ov tüfəngi və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə