Salyanda qadın dəm qazından boğularaq ölüb

Salyan rayonunda dəm qazından boğulan 19 yaşlı qadın ölüb.

SİA-nın məlumatına görə, hadisə saat 18:00 radələrində Xalac kəndində baş verib. A.Bəşirova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb və həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə