6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - Araz Məmmədov

“2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkarlanıb”. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkarlanaraq götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə