Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,3 maqnitudada zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə