Bakının Yasamal rayonunda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə