Səbail rayonunda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektlərində aparılan monitorinq zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 7 ünvanında fiziki şəxs Abbasova Əminə Oruc qızına məxsus “Can Ciyər” kafesində bir sıra nöqsanlar aşkarlanıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, masaların və doğrama lövhəsinin gigiyenik materialla üzlənmədiyi, un kisələrinin birbaşa döşəmə üzərində saxlanıldığı, qida məhsullarının, avadanlıqların və əllərin yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi və gigiyenik vasitələrlə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə