Yeni Yasamal Əsəd Əhmədov 26 K küçəsində bu gün saat 10:00 -dan sabah saat 10:00- a qədər suyun verilməsində fasilə olacağı bildirilib. Bəs, buna səbəb nədir? SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, həmin ərazidə su xəttində qəza hadisəsi baş verib: “Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir. İşlər axşam bitəcək və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə