Xaçmazda avtomobilin vurduğu süpürgəçi qadını ölüb

Xaçmazda avtomobilin vurduğu süpürgəçi qadını ölüb

Xaçmaz şəhərində süpürgəçi qadını avtomobil vurub. SİA-nın bölgə müxbiri xəbər verir ki, "VAZ 21011" markalı nəqliyyat vasitəsi Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.

Z.Əliyeva Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə