Polad Həşimov küçəsində son vəziyyət NECƏDİR? - QURUMDAN AÇIQLAMA
Dünən sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Xətai rayonu Polad Həşimov küçəsində su borusu partlayıb. Bəs, bu barədə aidiyyatı qurumlar tədbir görübmü? SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Xətai rayon sukanal idarəsinin qəza briqadası qeyd olunan əraziyə cəlb olunaraq xəttin bərpası istiqamətində işləri icra ediblər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB