Bakının Nəsimi rayonunda baş verən yol qəzası sıxlığa səbəb olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Alı Mustafayev küçəsi, tunelin içərisində yol-nəqliyyat hadisəsi baş verib:
"Qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə