"Tofaş"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Cəlilabad rayon sakini M.Amanov idarə etdiyi “Tofaş" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisləri tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü M.Amanov 15 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə