Gəncə şəhərində məişət tullantılarının toplandığı ərazidə sursat aşkar edilib. SİA-nın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə məişət tullantılarının olduğu yerdə sursat olması barədə məlumat daxil olub.
Polis əməkdaşları əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. Baxış zamanı oradan 32 ədəd 5,45 çaplı avtomat patronu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB