İki nəfərin öldüyü tunelə giriş-çıxış bağlandı - VİDEO

Bakıda güclü leysan səbəbindən bəzi küçə və tunellərində nəqliyyatın hərəkətində problem yaranıb. SİA xəbər verir ki, yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb. Görüntülər sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, oktyabrın 22-də yağan aramsız yağışdan sonra Sabunçu tunelində iki nəfər boğularaq ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə