Mağazadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki mağazaların birindən ümumilikdə 2 000 manatdan artıq nağd pul, tütün məmulatları və orada quraşdırılan ödəmə terminalının kassasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Bayramov saxlanılıb. SİA-nın məlumatına görə, bundan başqa saxlanılan şəxsin Gəncə şəhərində digər anoloji cinayətlər törətdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə