Atışma “qız üstündə” olub...

...Moskva yaxınlığındakı Puşkino şəhərinin mərkəzi parkında atışma iki yeniyetmə qrupu arasında yaranan mübahisə zəminində baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu səbəbi Shot Telegram kanalı açıqlayıb.

Telekanalın məlumatına görə, münaqişə bizlərdə deyildiyi kimi, “qız üstündə” olub. Gəncin qıza sataşması atışmaya səbəb olub. Belə ki, sonradan digər məktəbli də dostlarını çağırıb.

Hazırda onlardan hansının parkda atəş açdığı və itkilərin olub-olmadığı dəqiqləşdirilir.

Qeyd edildiyi kimi, Puşkinoda atışma səsi eşidən parkın ziyarətçiləri səs-küydən qorxaraq parkdan kütləvi şəkildə qaçmağa başlayıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə