Sumqayıtda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıt şəhərində müəssisədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb. SİA-ya Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, 11:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü iki şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termik və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə