Şəmkirdə motosikletlə minik avtomobili toqquşub

Şəmkirdə motosikletlə minik avtomobili toqquşub

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarından birinin önündə qeydə alınıb.

Motosikletlə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü, 24 yaşlı H.Əhmədov aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə