Ankarada aerokosmik şirkətə qarşı terror aktı törədilib, ölənlər var - CANLI YAYIM

Ankarada Türkiyənin TUSAŞ aerokosmik korporasiyasının binası yaxınlığında partlayış baş verib. SİA-nın əldə etdiyi məlumata görə, ölən və yaralananların olduğu bildirilir. Türkiyənin daxili işlər naziri Əli Erlikaya hadisəni terror aktı adlandırıb.

TUSAŞ zavodu Kahramankazan rayonunda yerləşir. “Sabah” qəzeti yazır ki, kamikadze partlayıcı qurğunu binanın yaxınlığında işə salıb. İki partlayış olub, ardınca atışma olub. Hazırda əraziyə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb qrupları göndərilib.

“Bu gün Ankarada TUSAŞ obyektlərində terror aktı olub. Hücum nəticəsində təəssüf ki, ölən və yaralananlar var”, - Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri girovların ola biləcəyini də deyib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə