Göygöldə aşkar edilən meyitin şəxsiyyəti müəyyən olunub

Göygöldə aşkar edilən meyitin şəxsiyyəti müəyyən olunub

Göygöl rayonunda ötən gün aşkar olunan meyitin şəxsiyyəti müəyyən edilib. SİA xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlayıb.

Onun sözlərinə görə, meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədovadır.

E.Qasımov bildirib ki, ekspertiza Ş.Məmmədovanın ürək tutmasından öldüyünü təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə