İki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır
Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğunun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə