Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
SİA APA-ya istinadən xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxartmaq mümkün olmayıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyitin şəxsiyyəti məlum deyil.
Hazırda fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB