Bakı metrosunda tüstülənmə olub

"Bakı Metropoliteni" QSC-nin "28 may" və “Nizami” stansiyaları arasındakı tunel yolunda tüstülənmə olub. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, dərhal yoldan yüksək gərginlik çıxarılıb. İnsidentlə bağlı metroda qatarların hərəkəti təxminən 25 dəqiqə ləngiyib.

Hazırda qatarlar qrafik üzrə hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə