Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə