Sumqayıtda silah-sursat tapılıb

Sumqayıtda silah-sursat aşkarlanıb. SİA-nın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəbiristanlıq ərazisində “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 41 ədəd 5.45 kalibrli güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə