Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 7 tüfəng və 4 ədəd patron aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə