11 gün əvvəl xəsarət alan sərnişin dünən ölüb

Oktyabrın 7-də Şəki rayonunun baş verən avtomobil qəzası zamanı xəsarət alan 27 yaşlı sərnişin Leyla Məmmədli dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun Qırxbulaq kəndi ərazisində baş verib, Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə