Narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə