Tərtərdə üç avtomobil toqquşub, xəsarət alanlar var

Tərtərdə üç avtomobil toqquşub, xəsarət alanlar var

Tərtərdə üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “VAZ-2107”, “VAZ-21011” və “LADA 110” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə