Zabratda avtomobil piyadanı vurub

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə