Tovuzda zəhərlənənlərin son durumu - YENİLƏNİB

Tovuzda kütləvi zəhərlənənlərin vəziyyəti açıqlanıb. SİA xəbər verir ki, ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə