Qubadakı qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qubada yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub. SİA-nın şimal bürosunun məlumatına görə, Quba - Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol qəzasında “Hyundai” markalı minik avtomobilinin sərnişini İbrahimov Ucal Şahbaz oğlu dünyasını dəyişib.

Sürücü, Balayarov Mehman Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə