Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb
Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.
Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB