Şəkidə 69 yaşlı piyadanı maşın vurub

Şəkidə 69 yaşlı piyadanı maşın vurub. SİA-nın məlumatına görə, hadisə Şəki-Marxal avtomobil yolunda baş verib.

Afiq Hüseynov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə piyada 69 yaşlı Camal Nuru oğlu Xalıqovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Xalıqov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə