Abşeronda sexdə yanğın olub

Abşeron rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Fatmayı kəndində ümumi sahəsi 350 m² olan dülgər sexinin (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 176 m² sahədə, içərisində 2 ədəd dəzgah və 3 m³ taxta materiallar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə