Quldurluq edən gənclər tutuldu

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 3-də rayon ərazisində bir nəfərin 380 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə saxlanılmışdı. SİA xəbər verir ki, davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvləri, əvvəllər məhkum olunmuş 18 yaşlı F.Vəliyev və 21 yaşlı Ə.Həsənzadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə