Hövsanda "Land Rover" yeniyetməni vuraraq öldürüb

Bakıda avtomobil yeniyetməni vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Bannikov Vasiliy Vladimiroviçin idarə etdiyi "Land Rover" markalı avtomobillə yolu keçən, 2007-ci il təvəllüdlü İlkin Kərimovu vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə