Torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində təqribi 0,2 ha torpaq sahəsinin qanunsuz zəbt edilərək hasarlanması cəhdi aşkar edilib. SİA bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu cəhdin qarşısı Baş İdarənin əməkdaşlarının müdaxiləsi nəticəsində alınıb, hasarın sökülməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə