Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətədə olan "VAZ-21015” minik avtomobili ilə digər avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə