Magistral avtomobil yollarında görünüş məhdudlaşacaq

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Oktyabrın 7-də gecə və səhər bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə