Zaqatalada mağazada yanğın baş verib

Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub. SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kv/m olan iki anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yağın nəticəsində hər iki anbarın yanar konstruksiyaları içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza, mağaza və anbarın arasında qoyulan Beynəlxalq Bankın bankomatı və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə