Yeni Azərbaycan Partiyasının qurucularından biri, məşhur "91-lər"dən, "Səs" qəzetinin sabiq Baş redaktoru, görkəmli ictimai-siyasi xadim Ağabəy Əsgərova ağır itki üz verib. SİA xəbər verir ki, onun qardaşı Həsən Məmməd oğlu Əsgərov 75 yaşında vəfat edib.
Xatırladaq ki, Həsən Məmməd oğlu Əsgərov 1949-cu ilin dekabrın 10-da anadan olub. 1993-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ildən etibarən isə Səbail rayon Bələdiyyəsinin üzvü olub. Fizika İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı və 1 nəvəsi var.
SƏS Media Qrupu adından da Ağabəy Əsgərova qardaşı Həsən Məmməd oğlu Əsgərovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB