İnsanlara ümid verməliyik - Comərd Otorbaev

Həqiqətən Azərbaycan böyük inkişaf günlərini yaşayır. Qırğızıstan da bu məsələdə çox böyük təcrübəyə malikdir. İtkin düşmüş şəxslərin taleyi ilə bağlı Azərbaycanla birlikdə gələcəyə ümidlə baxmaq niyyətindəyik. SİA xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Qırğız Respublikasının sabiq Baş naziri Comərd Otorbaev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Gələcəkdə Azərbaycanla birlikdə bu istiqamətdə məsələləri həll edəcəklərinə ümidvar olduğunu deyən sabiq Baş nazir vurğulayıb: “Bugünkü konfransda danışılacaq məsələlər çox mühümdür. Biz bu məsələdən əziyyət çəkən insanlara ümid verməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə