Samur-Abşeron kanalında kişi meyiti tapılıb

Samur-Abşeron kanalında kişi meyiti tapılıb. SİA məlumat verir ki, hadisə kanalın “Stansiya Sumqayıt” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Ərazidə üzərində xəsarət izləri olmayan kişi meyiti aşkar olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə