Samur-Abşeron kanalında kişi meyiti tapılıb

Samur-Abşeron kanalında naməlum kişi meyiti tapılıb. SİA-nın məlumatına görə, meyit kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub.

Onun hansı şəraitdə suya düşdüyü məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Meyitin sudan çıxarılması üçün zəruri işlər həyata keçirilir.

Faktla bağlı araşdırmaya başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə