Göygöldə avtomobil iki qadını vurub

Göygöldə piyadaların vurulması ilə nəticələn yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "VAZ "markalı minik maşını yolu keçmək istəyən 1982-ci il təvəllüdlü M.Əliyevanı və 1961-ci il təvəllüdlü M.Nəcəfovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə